Azerbaycan Astara Müzesi`ndeki bir Stel örneğinde M.Ö. 2. Binde Hazar Denizi ile Van Gölü arasındaki Yontu Sanatı

Abstract

Bu məqalə Azərbaycan Respublikasının cənub-şərqində tapılmış bir qəbirüstü daş stelə həsr olunmuşdur. İkonoqrafik və üslub çatmamazlıqlarına baxmayaraq bu daş artefakt bölgələr arasındakı dini-mədəni əlaqələri göstərir. Bu stelalar Ön Asiya bölgələrindən Avroasiya çöllərinədək ərazilərdə mədəni təsiri izləməyə imkan verir. Məlumdur ki,stelalar bir qəbir elementi kimi, e.ə. III minilliyin sonlarından, cənubi rus çöllərindən cənubi-qərbi Qafqaza, Kür çayı vadisinə, oradan da bütün Cənubi Qafqaza yayılmışdır. Astara tapıntısı Hakkari stelaları ilə Şimal abidələri arasındakı boşluğu dol-durur. Eyni zamanda qeyd etmək olar ki, e.ə. II minillikdə Cənubi Qafqazda, Şərqi Anadoluda və İran Azərbaycanında analoji daşişləmə sənəti mövcud olmuşdur. Bu ənənə Yuxarı Mesopotamiyaya qədər yayılmış və son Urartu zamanına – e.ə. I min-illiyə qədər davam etmişdir. Şərqi Anadolunun və Cənubi Qafqazın mövcud abidələri bu ərazilərdə əcdad-lara sitayişin hökm sürdüyünü təsdiq edir. Stelaların hamısının kişi fiquru for-masında hazırlanması cəmiyyətdə atalara etiqadın hakim olduğunu göstərir. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda çoxlu sayda qəbir abidəsi tədqiq olunsa da, lakin qəbir avadanlıqlarının sosial təbəqələr üzrə mənsubluğu hələlik müəyyən edilməmişdir. Bu tədqiqatlar Azərbaycanda başlanğıc mərhələsindədir

    Similar works