Musiqi olan yerdə şeir də var, ədəbiyyat da, teatr da. Qarabağ şairə də, yazıçıya da, həm qarabağlı yazıçılara, həm də Qarabağı sevən, Qarabağı vəsf edən digər yaradıcı şəxslərə ilham qaynağı olmuşdur. Qazaxlı məşhur şair Molla Pənah Vaqif (1717-1797) Qarabağda yaşamış, Qarabağ xanı İbrahimxəlil xanın sarayında vəzirliyə qədər yüksəlmiş, gözəlləri vəsf edən qoşma və qəzəllərinin əksəriyyətini Qarabağda yazmışdır. Lakin zənnimcə, Qarabağ haqqında gözəl misralar Vaqifə deyil, onun dostu və yerlisi şair Molla Vəli Vidadiyə (1709-1809) məxsusdur. Molla Vəli Vidadinin Vaqiflə müşairəsindən bu misralar dillər əzbəridir