Ataməli Musaoğlu 1995-ci il martın 5-də Bakının Lökbatan qəsəbəsində anadan olmuşdur. 228 nöm-
rəli tam orta məktəbi bitirəndən sonra 2012-ci ildə yüksək balla psixologiya ixtisası üzrə BDU-ya qə- bul olunmuşdur. 2016-cı ildə bakalavriat təhsilini bitirəndən sonra ordu sıralarında xidmət etmişdir. 2019-cu ildə klinik psixologiya ixtisası üzrə Xəzər Universitetinin magistraturasına qəbul olunmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqının Vətən müharibəsi başlayanda magistraturanın ikinci kurs tələbəsi olan Ataməli könüllü cəbhəyə getmişdir. Oktyabrın 10-da döyüşdə şəhid olmuşdur