Azərbaycan poeziyasında modernizmin sistemli şəkildə öyrənilməsi həlledici istiqamət kimi götürülmüşdür. Buraya modernizmin yaranma tarixi, xüsusiyyətləri də daxildir. Göstərilən istiqamətlərin müəyyənləşdirilməsində başlıca prinsip kimi əhatəlilik və struktur dərinliyinin maksimum təhlili əsas götürülmüşdür. Araşdırmanın başlıca obyektini müasir Azərbaycan poeziyası, xüsusilə Ələkbər Salahzadə yaradıcılığı təşkil edir. Ələkbər Salahzadənin poeziyası ilə yanaşı modern üslubda yazan digər şairlərin şeirləri də tədqiqata cəlb edilir. Ələkbər Salahzadə poeziyasında modernizmin xüsusiyyətlərini təyin etmək, üzə çıxarmaq, onları tədqiqata cəlb etmək tədqiqatın predmetini əhatə edir