Əzizə Cəfərzadə nəsrində tarixi və bədii gerçəkliyin inikası

Abstract

İxtisas: 5716.01 - Azərbaycan ədəbiyyatı Elm sahəsi: Filologiya Elmi rəhbər: Bədirxan Balaca oğlu Əhmədov filologiya üzrə elmlər doktoru, professorƏsərin elmi yeniliyi onunla şərtlənir ki, ilk dəfə olaraq yazıçının tarixi mövzulu əsərləri ədəbiyyatşünaslıq baxımından təhlilə cəlb edilir və müxtəlif nəticələrə gəlinir. Belə bir qənaət ortaya çıxır ki, vaxtilə ədəbi tənqidin yazıçının həddən artıq bədiiliyə və yaxud tarixiliyə meyil etməkdə günahlandırmasının əsasında tarixi roman janrının yenicə formalaşmaqda olan xüsusiyyətləri əksini tapmışdır. Tarixi əsərdə bədii təxəyyülə sərbəstlik tarixi romanın sonrakı inkişaf prosesində özünə vətəndaşlıq hüququ qazanmışdır. Dissertasiyanın elmi yeniliklərindən biri də, yazıçının tarixi faktlara yanaşmasını, hadisə və şəxsiyyətlərin təsvirində tarixiliklə bədii təxəyyüldən istifadənin tənasübünü təhlillər əsasında ortaya çıxarmaqdır

    Similar works