8603 research outputs found
Sort by
Prof. akad. Hamlet İsaxanlı "AI bəşəriyyətlə görüşür: korporativ mədəniyyətin formalaşdırılması və psixi rifahın təşviqi" konfransında çıxış edib
Analysis Of Psychological Symptom Indicators Of First-Year University Students By Gender
Bu məqalədə universitetə yeni qəbul olan tələbələrin psixoloji simptom
göstəriciləri araşdırılıb. Tədqiqat 2023-2024-cü tədris ilində Xəzər
Universitetində təhsil alan və təsadüfi üsulla seçilən 204 tələbənin iştirakı
ilə aparılıb. İştirakçılar 17-30 yaş arasında, 68-i kişi (33%), 136-sı isə
qadındır (67%).
Tədqiqatın aparılması üçün Xəzər Universitetinin Etik Komitəsindən icazə
alınıb. Araşdırmada Mələk Kərimova və Nərmin Osmanlı (2016) tərəfindən
Azərbaycan cəmiyyəti üçün uyğunlaşdırılan “Qısa Simptom Şkalası”ndan
istifadə edilib. Test 53 maddədən ibarətdir, cavablar 0-dan 4-ə qədər
balla qiymətləndirilib.
Birinci kurs tələbələrinin “Qısa Simptom Şkalası” üzrə üç əsas indeks
göstəriciləri (Ümumi Narahatlıq Ciddiyyəti İndeksi, Simptomların Toplamı
İndeksi, Pozitiv Simptom Narahatlıq İndeksi) və 9 alt şkala (somatizasiya,
obsesif-kompulsiv, şəxslərarası münasibətlərdə həssaslıq, depressiya,
təşviş, aqressivlik (düşmənçilik), fobik təşviş, paranoid fikirlər, psixotik
simptomlar) üzrə aldıqları ortalama və standart xəta göstəriciləri hesablanıb.
Daha sonra Levene's testinə əsasən dispersiyaların bərabərliyi
yoxlanılıb və t-test nəticələri analiz edilib.
Tədqiqat nəticələri göstərib ki, qadın iştirakçıların “Qısa Simptom Şkalası”
üzrə üç əsas indeks göstəriciləri (Ümumi Narahatlıq Ciddiyyəti İndeksi,
Simptomların Toplamı İndeksi, Pozitiv Simptom Narahatlıq İndeksi) və
9 alt şkala nəticələri (somatizasiya, obsesif-kompulsiv, şəxslərarası
münasibətlərdə həssaslıq, depressiya, təşviş, fobik təşviş, paranoid
fikirləşmə, psixotik simptomlar) kişi iştirakçılardan daha yüksəkdir. Aqressivlik
(düşmənçilik) alt şkalası üzrə nəticələrdə isə kişi və qadın iştirakçılar
arasında statistik əhəmiyyətli fərq tapılmayıb
Planning and Organization of Distance Education in Higher Educational İnstitutions
İxtisas: 5802.01 - təhsilin təşkili və planlaşdırılması Elm sahəsi: Pedaqogika Elmi rəhbər: pedaqogika elmləri doktoru, professor Rüfət Lətif oğlu Hüseynzad
Prof. akad. Hamlet İsaxanlı BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti akad. Şahin Mustafayevin tərtib etdiyi "Təbriz livasının müfəssəl dəftəri" kitabının təqdimatında
Azərbaycan Tarixi
I fəsil. Azərbaycan Qədim Dovrdə -- II fəsil. Azərbaycan Erkən Orta Əsrlərdə (III-IX əsrlər) -- III fəsil. Azərbaycan İntibah Dövründə (IX-XIII Əsrin Əvvəlləri) -- IV fəsil. Azərbaycan XIII-XV Əsrlərdə -- V fəsil. Azərbaycan Səfəvilər Dövləti -- VI fəsil. XVIII Əsrin Birinci Yarısında Azərbaycan Torpaqlarında İctimai və Siyasi Vəziyyət -- VII fəsil. Azərbaycan Ərazisi Xanlıqlar Dövründə -- VIII fəsil. Azərbaycan XIX Əsrdə -- IX fəsil. Azərbaycan XX Əsrin İlk Onilliklərində (1901-1918) -- X fəsil. Azərbaycan Xalq Cümhuriyyəti -- XI fəsil. Azərbaycan XX Əsrin 20-30-cu illərində -- XII fəsil. Azərbaycan II Dünya Müharibəsi Dövründə (1939-1945-ci illər) -- XIII fəsil. Müharibədən sonra Azərbaycanin Sosial-İqtisadi və Siyasi İnkişafi (1945-1991-ci illər) -- XIV fəsil. Müstəqil Azərbaycan Respublikası: I BƏND. Dövlət Müstəqilliyinin Bərpa Olunması və Onun Möhkəmləndirilməsi Uğrunda Mübarizə. (1991-1995-ci illər) -- II BƏND. Azərbaycan Respublikası XX əsrin 90-cı İllərinin İkinci Yarısı-XXI Əsrin İlk Onilliklərində -- III BƏND. Ərazi Bütövlüyünün Bərpa Edilməsi Uğrunda Mübarizə II Qarabağ (Vətən) Müharibəsi və Onun Nəticələri -- Nəticə -- Biblioqrafiya.Texniki Ali məktəblər üçün nəzərdə tutulan dərslik “Azərbaycan tarixi” fənni üzrə bakalavr pilləsi üçün hazırlanmış proqram əsasında tərtib edilmişdir. Dərslikdə ən qədim dövrlərdən zəmanəmizədək (2025-ci ilədək) Azərbaycan torpaqlarında cərəyan edən tarixi və siyasi proseslər tədris planında mühazirə və məşğələ
üçün müəyyən olunmuş mövzular üzrə ardıcıl olaraq şərh edilmişdir. “Azərbaycan tarixi” adlı dərslik texniki ali məktəb müəllimləri, bakalavr və magistr pillələrində bütün ixtisaslar üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur
Akademik kommunikasiyada Azərbaycan dilinin yeri
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni 2020–2021-ci tədris ilindən etibarən, ali məktəblərin bütün ixtisaslarında tədris olunaraq tələbələrə akademik və işgüzar kommunikasiya üzrə təməl biliklər verir, onları müvafiq bilik və bacarıqlara yiyələndirir. Akademik kommunikasiya şifahi (mühazirə, məruzə, çıxış) və yazılı (dərs vəsaiti, monoqrafiya, dissertasiya, məqalə və s.) olmaqla iki hissəyə ayrılır. Azərbaycan dilinin elmi üslubu kifayət qədər inkişaf etdiyindən mütəxəssislər bu dildə yüksək səviyyədə akademik kommunikasiya qura bilirlər. Ali məktəblərdə istənilən ixtisas üzrə mühazirələr deyilir, elmi konfranslarda məruzələr edilir, dissertasiya və məqalələr yazılır. Bununla yanaşı, ölkəmizin hüdudlarından kənarda da elmi məqalələri yazıldığı dildə çap etdirmək imkanı əldə edilmişdir. Məqalədə şifahi akademik kommunikasiyanın formaları, səciyyəvi xüsusiyyətləri, bir-birindən fərqi, onlara verilən başlıca tələblər açıqlanmış, həmçinin humanitar sahələr üzrə Azərbaycan dilində ödənişsiz olaraq elmi məqalələr qəbul edən və nüfuzlu beynəlxalq bazalarda indekslənən bir neçə xarici jurnal (Türkiyə) barədə məlumat verilmişdir. Tədqiqat zamanı müşahidə, müqayisə və təsviri metodlardan istifadə edilmişdir. Araşdırma ali məktəblərdə pedaqoji fəaliyyətə başlayan gənc müəllimlər, tədqiqatçılar və doktorantlar üçün faydalı ola bilər
Effect of CALL-based multimodal pedagogy on learner motivation and willingness to communicate in English: A study from university students’ perspective
With technological advancement, multimodality has received paramount importance in teaching and learning. Different technology-based assistance is available nowadays, and computer-assisted language learning (CALL) is one of them. It uses computer-based tools, materials, resources, and information to assist second language learning. Motivation keeps learners focused and persistent, making them more willing to communicate in a second language. This quantitative study unearths how the use of multimodal pedagogical resources motivates language learners and promotes their willingness to communicate (WTC). For this purpose, data is collected from the English language learners of three semesters from the department of English, University of Sahiwal. From the 3rd, 5th, and 7th semesters, the data is collected using Google Forms, and a five-point Likert scale questionnaire is utilized as the research instrument. The responses are analyzed descriptively using SPSS 29. The validity and reliability analysis of the questionnaire is also done to check the quality and strength of the instrument utilized. Inferential Statistical Analysis is done by using two non-parametric tests, the Mann-Whitney U Test and Kruskal-Wallis H test. From the responses received and the descriptive analysis, it is observed that the use of multimodal pedagogies motivates the learners and makes them more willing to communicate in the target language not only inside the classroom but also outside the classroom